Ağcabədi və Lənkəranda ev yanıb

Ağcabədi və Lənkəranda ev yanıb
  05 İyun 2020    Oxunub:2298
Ağcabədi rayonunda ümumi sahəsi 104 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Lənkəran şəhərinin Şağlaser kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin mansardasının yanar konstruksiyaları 280 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   Lənkəran   Ağcabədi  





Xəbər lenti