“İnsanlar xəstəxanalarda əziyyət çəkirlər” - TƏBİB sədri

  “İnsanlar xəstəxanalarda əziyyət çəkirlər” -    TƏBİB sədri
  03 İyun 2020    Oxunub:3874
Karantin rejiminin həftəsonları sərtləşdirilməsinin detalları məlum deyil. Bu gün burada səsləndirilənlər videokonfransda səslənən və TƏBİB tərəfindən verilən təkliflərdir. Bununla bağlı sabah Baş Nazirin çıxışında elan ediləcək.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, məhdudiyyət dövründə cərimələr tətbiq ediləcək: “Məhdudlaşmanın hansı formasından asılı olmayaraq, cərimələr təsdiqlənib”.

Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə bildirib ki, küçəyə çıxmaqla bağlı əvvəlki qanunlar qüvvədədir.

“Biz bir həftə öncə rayonlararası gediş-gəlişi açmaq ümidini gözləyirdik, bu barədə danışırdıq. Amma bu gün artıq qapanmadan danışırıq. İnsanlar xəstəxanalarda əziyyət çəkirlər. Həkimlərimiz isti havada, xüsusi paltarda xidmət edir. Bütün bunlar qaydaların sərtləşdirilməsinə getməyə vadar etdi”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti