ABŞ-da ilk dəfə it koronavirusa yoluxdu

ABŞ-da ilk dəfə it koronavirusa yoluxdu
  03 İyun 2020    Oxunub:3064
ABŞ-da ilk dəfə olaraq itin koronavirusa yoluxması faktı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin Milli Baytarlıq Xidməti laboratoriyası məlumat yayıb.

Məlumata görə, itdə tənəffüs xəstəliyinin əlamətləri özünü göstərdiyi üçün baytarlıq klinikasına aparılıb.

Müsbət test nəticəsi alındıqdan sonra laboratoriyaya əlavə nümunələr təqdim edilib, orada da yoluxma halı təsdiqlənib.

Qeyd edilib ki, heyvanın sahiblərindən biri COVID-19-a yoluxub. Evdə yaşayan, xəstəlik simptomu olmayan digər itin də testi müsbət nəticə verib. Açıqlamada itin tam sağalacağının gözlənildiyi vurğulanıb.

ABŞ-da daha əvvəl koronavirus bir pələng, şir və iki pişikdə aşkar edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti