Paşinyan Ermənistandakı vəziyyəti fəlakət adlandırdı

Paşinyan Ermənistandakı vəziyyəti fəlakət adlandırdı
  03 İyun 2020    Oxunub:3341
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə koronavirusla bağlı vəziyyəti fəlakət adlandırıb.

Azvision.az xəbər verir ki, bu barədə o, “Facebook”da canlı yayım zamanı deyib. Paşinyan insanların karantin qaydalarını pozduğunu bildirib, banklarda, poçt şöbələrində, mağazalarda və digər yerlərdə insan izdihamının müşahidə olunduğunu vurğulayıb.
Paşinyan, həmçinin vətəndaşlardan karantin qaydalarının pozulmasına dair video və fotoların ona göndərilməsini istəyib.

"Öz səhvimi etiraf edirəm və mənim nümunəmi təkrar etməməyə çağırıram", - deyə baş nazir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti