Sergey Narışkin İlham Əliyevə təşəkkür etdi

   Sergey Narışkin İlham Əliyevə təşəkkür etdi
  03 İyun 2020    Oxunub:3050
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi dövlət bayramınız – Azərbaycan Respublikası Günü münasibətilə təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının rifahı naminə işinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edib Sizə Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Azərbaycanın xüsusi xidmətlərinin dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsinə və milli mənafelərinin müdafiəsinə yönəlmiş qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqətə və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti