Azərbaycanda 4 dənizçidə koronavirus aşkarlandı

  03 İyun 2020    Oxunub : 3730
 Azərbaycanda 4 dənizçidə koronavirus aşkarlandı
Son 3 sutka ərzində aparılan testlərin nəticəsinə görə, 4 dənizçinin analizi pozitiv olub.
Bunu Azvision.az -a açıqlamasında "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

Onun sözlərinə görə, həmin əməkdaşlar hazırda karantinə alınıb və özlərini yaxşı hiss edirlər.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçiləri gəmiyə növbəyə getməzdən əvvəl təcrid proseduru əsasında yeni növ koronavirus (COVID-19) xəstəliyinə qarşı analizdən keçirlər. Xatırladım ki, ASCO-da koronavirus pandemiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər 2020-ci ilin əvvəlindən görülür. Gəmilər və sahil obyektləri mütəmadi dezinfeksiya edilir, əməkdaşlar isə fərdi mühafizə, o cümlədən dezinfeksiyaedici məhlullarla təmin olunur. Hazırda ASCO-da iş öz ahəngi ilə davam edir, əməkdaşlar fəaliyyətlərini Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında həyata keçirirlər" - deyə qurum rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: ASCO