Tramp İndiana ştatında ilkin seçkilərdə qalib gəldi

Tramp İndiana ştatında ilkin seçkilərdə qalib gəldi
  03 İyun 2020    Oxunub:2616
ABŞ Prezidenti Donald Tramp İndiana ştatında ilkin seçkilərdə qalib gəlib.
Azvision.az "CBS"yə istinadən xəbər verir ki, Demokrat Partiyasından prezidentliyə namizəd Cozef Bayden də bu ştatda qalib olub.

Trampın ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək Respublika Partiyasının seçkiqabağı qurultayının əvvəlcə 24-27 avqust tarixlərində Şimali Karolina ştatının Şarlott şəhərində keçirilməsi planlaşdırılırdı. Ancaq əyalət qubernatoru Roy Kuper pandemiya səbəbindən tədbirin keçirilməsinə zəmanət verə bilmədiyini söyləyib.

Tramp indi respublikaçıların qurultayını təşkil etmək üçün yeni bir ştat axtardıqlarını söyləyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti