Ermənistanda 12 min nəfər işdən çıxarıldı

Ermənistanda 12 min nəfər işdən çıxarıldı
  03 İyun 2020    Oxunub:2990
Son dörd ayda Ermənistanda 12 min nəfər iş yerini itirib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi sədrinin müavini Artur Manukyan deyib.

"İşçilərin qeydiyyatı və ya işdən çıxarılması ilə bağlı rəsmi məlumatlara əsasən, 4 ayda cəmi 12 min nəfər işdən çıxarılıb. İşini itirməyən, lakin maaş almayanlar da var”, - deyə Manukyan əlavə edib.

Onun sözlərinə görə, dörd ay ərzində pərakəndə ticarət dövriyyəsi ötən illə müqayisədə 20% azalıb.

"Ümid edirik ki, bu vəziyyət tezliklə həll ediləcək. Ticarətimizin bərpa olunacağına ümid edirik, çünki vergi daxilolmaları bundan asılıdır".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti