Ermənistanda etirazçılar maşını aşırdı - VİDEO

Ermənistanda etirazçılar maşını aşırdı -  VİDEO
  03 İyun 2020    Oxunub:2969
Ermənistanın Armavir bölgəsində “Meymandar” kənd təsərrüfatı bazarının bağlanması satıcılar tərəfindən etirazla qarşılanıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sakinlər dünəndən etiraz aksiyaları keçiriblər.

Aksiya iştirakçıları yaxınlığda park edilmiş avtomobili aşırıblar. Bununla bağlı polis videogörüntülər yayıb.

Artıq xuliqanlıq faktı ilə cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onlarla etirazçını müəyyən edərək istintaqa cəlb edib. Onların bəziləri tutulub. İlkin istintaq davam edir, hadisənin müəyyənləşdirilməsi üçün əməliyyat tədbirləri və istintaq aparılır.

Daha əvvəl baş nazir Nikol Paşinyan bazarda gecə saatlarında xüsusi əməliyyat keçirildiyi bildirib və video paylaşıb. O, bazarın bağlanıldığını qeyd edib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti