“Dərs vaxtı” 17 iyuladək davam edəcək

“Dərs vaxtı” 17 iyuladək davam edəcək
  03 İyun 2020    Oxunub:3601
Təhsil Nazirliyi teledərslərin nə vaxta kimi davam edəcəyi barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Azvision.az -a bildirib ki, teledərslər 12 iyun tarixində bitməyəcək.

“Biz 16 iyundan 17 iyuladək yeni formatda yenə də efirdəyik.

Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. - bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək.

"Abituriyentlər üçün dərs vaxtı"nı izləyin".

Aytən Zəhra
Azvision.az


Teqlər: Dərsvaxtı  





Xəbər lenti