Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb - VİDEO

  03 İyun 2020    Oxunub : 2674
Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb -    VİDEO
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 4 il müddətində hazırlıq keçən və təhsil alan kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə müxtəlif ixtisaslar və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl-səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.




Azvision.az

Teqlər: Məktəb   İmtahan