Həyətində çətənə əkən şəxs tutuldu - VİDEO

Həyətində çətənə əkən şəxs tutuldu -  VİDEO
  03 İyun 2020    Oxunub:2727
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahamalar kənd sakini sakini, 44 yaşlı Abdulla Babayev şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman digər bitkilərin arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 8 ədəd və kökündən çıxararaq kənara atdığı 29 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti