Almaniyada 342 yeni yoluxma - Daha 29 nəfər öldü

Almaniyada 342 yeni yoluxma -  Daha 29 nəfər öldü
  03 İyun 2020    Oxunub:2912
Almaniyada son sutkada daha 342 nəfər koronavirusa yoluxub, 29 xəstə vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin nəzdindəki COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox institutu məlumat yayıb.

Məlumata görə, ölkədə aşkar edilmiş ümumi yoluxma halları 182 370-ə çatıb, pandemiya qurbanlarının sayı 8551 nəfərdir. İndiyədək 167,3 mindən çox xəstə sağalıb.

Ən çox infeksiya Bavariya (47,138), Şimali Reyn-Vestfaliya (38,185) və Baden-Vürttemberg (34,813) bölgələrində qeydə alınıb. Berlində yoluxanların sayı 6874 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti