ABŞ-dakı etirazlarda 11 nəfər ölüb, yüzlərlə yaralı var

ABŞ-dakı etirazlarda 11 nəfər ölüb, yüzlərlə yaralı var
  03 İyun 2020    Oxunub:2072
ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etiraz aksiyalarında azı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, son bir neçə gündə aksiyalar zamanı təxminən 4400 nəfər həbs edilib.

Ölüm halları daha çox Çikaqo, Detroyt, Omaha, Devenport, Oklend və Luisvill şəhərlərində qeydə alınıb.

Məlumata görə, ölənlərin əksəriyyəri afroamerikalılardır. Yaralıların dəqiq sayı bilinmir.

Xatırladaq ki, mayın 25-də saxta kuponla pul ödədiyi iddia edilən Corc Floyd polis tərəfindən saxlanılarkən avtomobildən çıxarılıb və asfaltın üstünə uzadılıb. Daha sonra polis dizi ilə vətəndaşı boğmağa başlayıb. O, nəfəs ala bilmədiyini desə də, polis buna əhəmiyyət verməyib. Huşsuz vəziyyətdə xəstəxanaya aparılan Floyd orda vəfat edib. Afroamerikalının ölümündən sonra ölkəni etiraz dalğası bürüyüb.

Azvision.az


Teqlər: ABŞ   Aksiya   Etiraz  





Xəbər lenti