Türkiyədə koronavirusdan daha 22 nəfər öldü

  02 İyun 2020    Oxunub : 2701
Türkiyədə koronavirusdan daha 22 nəfər öldü
Türkiyədə son sutka ərzində 22 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 786 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4585, yoluxanlar isə 165 555 nəfərə çatıb.

Türkiyədə indiyədək 129 921 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus