“Paşinyanı baş nazir etdik, indi bizi öldürmək istəyir” - Etiraz aksiyası

  02 İyun 2020    Oxunub : 2364
 “Paşinyanı baş nazir etdik, indi bizi öldürmək istəyir” -  Etiraz aksiyası
Ermənistanda “Meymandar” kənd təsərrüfatı bazarının bağlanmasına qarşı etiraz aksiyası keçirilir.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar bazarın fəaliyyətinin dayandırılması nəticəsində üzləşə biləcəkləri sosial problemlərdən şikayətlənirlər.

"Nikol Paşinyan bizim səylərimiz nəticəsində baş nazir oldu və bu gün bizi öldürmək istəyir?", - etirazçılardan biri deyib.

Digər bir aksiya iştirakçısı hakimiyyətin insanları “qripdən” qorxutmaq üçün qəsdən panika yaratdığını bildirib.

“Mayın 30-da Artaşatda bir bazar açıldı. O gündən burada guya koronavirusun olması şayiələrini yayaraq, bazarı bağlamaq istəyirlər”, - deyə başqa etirazçı vurğulayıb.

Satıcılar, həmçinin söyləyiblər ki, bazar bağlansa, məhsullar xarab olacaq. Onların sözlərinə görə, hər birinin banklara kredit borcları var.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Aksiya