Prezidentə təbriklər gəlməkdə davam edir

  02 İyun 2020    Oxunub : 2352
 Prezidentə təbriklər gəlməkdə davam edir
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir: "Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və firavanlıq, həmçinin ölkələrimizin ikitərəfli əlaqələrinin gələcək illərdə daha da möhkəmlənməsini arzulayıram".

Bundan başqa, Omanın Sultanı Heytəm bin Tariq Al Səid və Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.

Azvision.az

Teqlər: İlham-Əliyev