Ermənistan MN-nin əməkdaşları qəzaya düşüb - Ölən və yaralı var

  02 İyun 2020    Oxunub : 2652
 Ermənistan MN-nin əməkdaşları qəzaya düşüb -  Ölən və yaralı var
Ermənistanın Tavuş rayonu ərazisində baş vermiş yol qəzasında Müdafiə Nazirliyinin bir əməkdaşı ölüb, digəri yaralanıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Belə ki, “UAZ” markalı avtomobil naməlum səbəbdən ağaca çırpılıb. Avtomobildə olan şəxslər Ermənistan Müdafiə Nazirliyinin balansında olan istirahət evinin əməkdaşlarıdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Qəza