“Kafelərin açılması xoşbəxt günlərin dönüşüdür” - Fransa Prezidenti

  02 İyun 2020    Oxunub : 2662
 “Kafelərin açılması xoşbəxt günlərin dönüşüdür” -  Fransa Prezidenti
Koronavirus pandemiyası səbəbiylə uzun fasilədən sonra kafe və restoranların açılması xoşbəxt günlərin qayıtmasından xəbər verir.
Azvision.az -ın məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron “Twitter”də yazıb.

“Kafelərin, otellərin və restoranların açılması xoş günlərin dönüşünə işarədir. Fransız ruhunun, mədəniyyətinin, incəsənətinin bu hissəsini yenidən duymaq üçün fransızların bu yerlərə gələcəyinə heç bir şübhə yoxdur. Belə çətin vaxtda dövlət bu sektoru dəstəkləməyə davam edəcək", - deyə Makron əlavə edib.

Xatırladaq ki, 14 mart tarixindən sonra ilk dəfə olaraq Fransada kafe və restoranlar ziyarətçilər üçün açılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Fransa   Makron