“Taliban” lideri koronavirusdan ölüb?

  02 İyun 2020    Oxunub : 2420
 “Taliban” lideri koronavirusdan ölüb?
“Taliban” radikal hərəkatının lideri Molla Haibatullah Axunzadə koronavirusa yoluxmadan ölüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanda olan, adının açıqlanmasını istəməyən hərəkat nümayəndələri məlumat yayıblar.

Digər hərəkat rəsmisi onun xəstələndiyini, lakin sağalmaqda olduğunu deyib.

Əfqanıstan hökumətində yüksək vəzifəli bir şəxs isə fevral ayında Dohada ABŞ ilə ikitərəfli müqavilə bağlayan hərəkatın ofisindəki bir çox digər “Taliban” liderlərinin də COVID-19-a yoluxduğunu söyləyib.

"Dohadakı bütün "Taliban" rəhbərliyində virus aşkarlanıb”, - deyə hökumət rəsmisi əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Taliban   Koronavirus