Prezident Sumqayıtla bağlı sərəncam imzaladı

  02 İyun 2020    Oxunub : 8165
   Prezident Sumqayıtla bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam ayırıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılıb.

Azvision.az

Teqlər: Sumqayıt   İlham-Əliyev