Qənirə Paşayeva Baş Nazirə müraciət etdi

  02 İyun 2020    Oxunub : 1990
Qənirə Paşayeva Baş Nazirə müraciət etdi
Milli Məclisin komitə sədri Baş Nazirə müraciət edib.
Azvision.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Baş Naziri Əli Əsədova Zəyəm çayı üzərində su anbarının tikilməsi ilə bağlı müraciət edib.

Komitə sədri bildirib ki, kənd təsərrüfatının inkişafı istiqamətində cənab Prezidentin rəhbərliyi ilə bir sıra layihələr həyata keçirilir.

“Amma suvarma sistemi problemi həll olunmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. İl quraq keçərsə, bu il də məhsuldarlıq aşağı olacaq”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis