Koronavirusa yoluxanların sayı 6,3 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 6,3 milyonu keçdi
  02 İyun 2020    Oxunub:3550
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 327 min 781 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 375 min 911 nəfərdir. İndiyədək 2 milyon 881 min 476 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti