Vaşinqtonda etirazlara görə küçəyə çıxmaq qadağan edildi

   Vaşinqtonda etirazlara görə küçəyə çıxmaq qadağan edildi
  02 İyun 2020    Oxunub:3831
Amerika Birləşmiş Ştatlarında 46 yaşlı afroamerikalı Corc Floydun ölümünə etiraz olaraq keçirilən aksiyalarla əlaqədar paytaxt Vaşinqtonda küçəyə çıxmaq qadağan edilib.
Azvision.az xəbər verir ki, bu barədə Vaşinqton şəhərinin meri Müriel Bouzer bildirib.

Onun sözlərinə görə, bu gün saat 19:00-dan etibarən iki gün ərzində paytaxtda küçəyə çıxmaq qadağandır. Mer bu qərarın şəhərdə baş vermiş iğtişaşlarla bağlı olduğunu deyib.

Qeyd edək ki, mayın 25-də ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsinə etiraz olaraq aksiyalar keçirilir. Aksiyalar ölkənin 20-dən çox ştatını əhatə edir.

Azvision.az


Teqlər: ABŞ   Vaşinqton  





Xəbər lenti