Peru Prezidentindən İlham Əliyevə məktub

Peru Prezidentindən İlham Əliyevə məktub
  01 İyun 2020    Oxunub:2771
Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə Peru xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin, xüsusilə də iqtisadi-ticari və investisiya sahələrində əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini arzuladığımı bildirirəm.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda Azərbaycan xalqına möhkəm cansağlığı, tərəqqi və firavanlıq diləyirəm.

Zati-aliləri, Sizə ən dərin ehtiramımı bildirirəm".

Azvision.az


Teqlər: Peru   Azərbaycan  





Xəbər lenti