Maşınlardan oğurluq edənlər ələ keçdi

Maşınlardan oğurluq edənlər ələ keçdi
  01 İyun 2020    Oxunub:2223
Səbail polisi avtomobildən oğurluq edən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polid İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisində “Renault” markalı avtomobildən 560 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.

Bundan başqa, Sabunçu Rayon Polid İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Sabunçu qəsəbəsi ərazisində “Niva” markalı avtomobildən 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.İsmayılov saxlanılıb.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti