Hakimlərin elektron əldə edəcəyi məlumatların siyahısı
Əsasnaməyə əsasən, həmin məlumatlar aşağıdakılardır:
- hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər barədə məlumatlar;
- vergi ödəyicisi ilə bağlı keçirilmiş yoxlamalar haqqında məlumatlar;
- telefon nömrələri barədə məlumatlar;
- əmək müqaviləsi, pensiya və sosial müavinətlər haqqında məlumatlar;
- daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət və istifadə hüquqlarına dair məlumatlar;
- daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, icarə və istifadə hüquqlarının məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatlar;
- şəxslər barəsində axtarış və cinayət işlərinə, məhkumluğa, cərimə ödənişlərinə dair məlumatlar;
- şəxsə məxsus olan nəqliyyat vasitələri barədə məlumatlar;
- sürücülük vəsiqələri barədə məlumatlar;
- şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə uçotu;
- sərhədkeçməsinə məhdudiyyət qoyulmuş şəxslər barədə məlumatlar;
- ipoteka kreditləşməsi və təminat verilən kreditlər üzrə bank sirri təşkil edən məlumatlar;
- kredit təşkilatlarından – şəxslərin bank və ya kredit təşkilatlarında mövcud olan hesabları, əmanətləri, hesablardakı vəsaitlərinin miqdarı barədə məlumatlar;
- kredit məlumatlarının icmalı, borcalanın aktiv öhdəlikləri, borcalanın bağlanmış öhdəlikləri, borcalanın zamin olduğu öhdəliklər;
- ipoteka və ya girov saxlayan qismində xeyrinə yüklü edilən daşınmaz və ya daşınar əşyalar barədə məlumatlar;
- məcburi köçkünlər barədə məlumatlar;
- elektrik enerjisi, içməli su və qaz abunəçiləri, onların borcları barədə məlumatlar;
- yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə kirayəçiyə dair məlumatlar;
- qiymətli kağızlar və onların yüklülüyü barədə məlumatlar;
- icbari sığorta müqavilələrinə dair məlumatlar;
-. şəxsin təhsili və təhsil sənədləri barədə məlumatlar;
- Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən – vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan, yaxud qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar;
- “Elektron icra” informasiya sistemindən – məhkəmə qərarlarının icrası vəziyyəti barədə məlumatlar;
- “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sistemindən – barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər, məhkumlar, habelə həbs qətimkan tədbirinin və cəzaların icrası vəziyyəti barədə məlumatlar;
- Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən – yoxlamalar barədə məlumatlar;
- “Elektron notariat” informasiya sistemindən – notariat hərəkətləri barədə məlumatlar.
Azvision.az
Teqlər: Hakim