3 yaşlı oğlunu paltaryuyan maşına salan kişi həbs edildi

3 yaşlı oğlunu paltaryuyan maşına salan kişi həbs edildi
  01 İyun 2020    Oxunub:2766
Yaponiyada 3 yaşlı oğlunu 90 dəqiqə paltaryuyan maşında saxlayan ata həbs olunub.
Azvision.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Yaponiyanın İbaraki əyalətində baş verib.

Özəl şirkətdə çalışan 37 yaşlı Keniçi Hoşino həyat yoldaşı və 5 yaşındakı qızı evdən çıxdıqdan sonra 3 yaşlı oğlunu paltaryuyan maşına salıb. Övladını 90 dəqiqə orada saxladıqdan sonra təcili yardıma zəng edib və bildirib ki, uşaq özünü pis hiss edir.

Xəstəxanaya aparılan oğlanın vəziyyəti ağırdır. Oğluna zərər vermək niyyətində olmadığını deyən ata uşağa qarşı zorakılıq ittihamı ilə həbs olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yaponiya   Şiddət  





Xəbər lenti