İranda koronavirusa yoluxma sayı 154 mini ötdü

İranda koronavirusa yoluxma sayı 154 mini ötdü
  01 İyun 2020    Oxunub:3233
İranda daha 2929 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma sayı 154 445-ə çatıb
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə son 24 saat ərzində koronavirusun yaratdığı xəstəlikdən ölənlərin sayı 81 nəfər artaraq 7878-ə yüksəlib.

"Hazırda 2578 pasiyentin vəziyyəti ağırdır. Bundan başqa, müalicə alan 121 008 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb", - deyə nazirlik rəsmisi bildirib.

Azvision.az


Teqlər: İran  





Xəbər lenti