Paşinyanın qanunsuz silah ticarətində iştirakı araşdırılır

 Paşinyanın qanunsuz silah ticarətində iştirakı araşdırılır
  01 İyun 2020    Oxunub:2927
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Vatikandakı keçmiş səfir, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın hakimiyyətin qanunsuz silah ticarəti ilə məşğul olması ilə bağlı açıqlamalarını araşdırır.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Baş prokurorun müşaviri Qor Abrahamyan bildirib.

Onun sözlərinə görə, Baş prokurorluq məlumatı yoxlamaq üçün Minasyanın videosunu MTX-yə göndərib.

Sarkisyanın kürəkəni ötən həftə yaydığı videoda baş nazir Nikol Paşinyanın yaxınları vasitəsi ilə Rusiyadan alınan silahların üçüncü ölkələrə satılmasını təşkil etdiyi vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti