Karantini pozan şahzadə üzr istədi: “Peşmanam”

 Karantini pozan şahzadə üzr istədi:  “Peşmanam”
  01 İyun 2020    Oxunub:2983
İspaniyanın Kordova şəhərində təşkil edilən partiyə qatıldıqdan sonra koronavirusa yoluxan Belçika şahzadəsi İoaxim təcrid qaydalarını pozduğuna görə ictimaiyyətdən üzr istəyib.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, şahzadə davranışından peşman olması ilə bağlı yazılı açıqlama yayıb.

"Karantin tədbirlərinə əməl etmədiyim üçün üzr istəyirəm. Bu çətin günlərdə məqsədim kimisə incitmək deyildi. Mən davranışlarımdan peşmanam və nəticələri ilə üzləşməyə hazıram",- deyə şahzadə bildirib.

Belçika kralı Filipin qardaşıoğlu olan 28 yaşlı İoaximin partiyaya qədər bütün təcrid qaydalarına əməl etdiyi və ailəsi ilə birlikdə yaşadığı qeyd edilib. İspaniyanın "El Confidencial" qəzetinin əldə etdiyi gizli məlumata görə, şahzadə mayın 26-da İspaniyanın Kordova şəhərində partidə iştirak edib və ondan sonra koronavirus testi müsbət çıxıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya   Belçika  





Xəbər lenti