Siyavuş Novruzov: "Maska tax, cərimə olunma"

  Siyavuş Novruzov:  "Maska tax, cərimə olunma"
  01 İyun 2020    Oxunub:2782
"Burada söhbət cərimənin miqdarından getmir. Söhbət ondan gedir ki, maska taxmayan cərimələnəcək".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, insanlar qanuna tabe olmalı və qaydalara riayət etməlidir: "Filankəsin imkanı var, filankəsin imkanı yoxdur. Bu gəlir vergisi, əmlak vergisi deyil ki, burada məbləğin çox və ya az olmasını müzakirə edək. İndi kimsə əhalidən dəstək almaq istəyirsə, xalq qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir. Məsələ çox sadədir. Maska taxan heç kəs cərimə olunmayacaq. Maska tax, cərimə olunma. Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq".

Anar Kəlbiyev
Azvision.az





Teqlər: Deputat   Siyavuş-Novruzov  





Xəbər lenti