Maska cəriməsinin 20 manat olması təklif edildi

Maska cəriməsinin 20 manat olması təklif edildi
  01 İyun 2020    Oxunub:2975
"Layihədə nəzərdə tutulan 50 manat uyğun məbləğ deyil”.
Azvision.az xəbər verir ki, bunu İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, cərimə məbləği 20-25 manata endirilməlidir: “Onu da qeyd edim ki, qanunu pozanlar çox vaxt pulu olmayan insanlar olur. Digər tərəfdən kurslarla bağlı məsələyə də baxılmalıdır. Ara məsafəsi gözlənilməklə, maskadan istifadə etməklə kurslar öz fəaliyyətini davam etdirməlidir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Deputat   Musa-Quliyev  





Xəbər lenti