Deputat Paşinyanı səhlənkarlığda qınadı

Deputat Paşinyanı səhlənkarlığda qınadı
  01 İyun 2020    Oxunub:2614
Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan koronavirusa yoluxmuş baş nazir Nikol Paşinyanı səhlənkarlığda qınayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, parlamentdə hökumət nümayəndələri ilə görüşdə bir çox deputat və nazirlərin baş nazirlə birbaşa təmasda olduğunu vurğulayıb.

"Sonuncu dəfə baş nazir mənə kağız verdi və mən onu almağa məcbur idim. Marukyan ("Parlaq Ermənistan" partiyasının və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan - red.) onunla birlikdə qəhvə içdi. Əminəm ki, bir çoxunuz, ”Mənim addımım” fraksiyasının deputatları da Paşinyanla təmasda olub. Bununla bağlı sual yaranır: parlamentin taleyi necə olacaq?", - deyə Urixanyan bildirib.

Xatırladaq ki, bu gün Paşinyan özü və bütün ailə üzvlərinin koronavirusa yoluxduğunu bəyan edib.

Pərvanə Sultanova
Azvision.az






Teqlər:





Xəbər lenti