“Demokratik cümhuriyyətin varisi bizik” - Siyavuş Novruzov

 “Demokratik cümhuriyyətin varisi bizik” -  Siyavuş Novruzov
  01 İyun 2020    Oxunub:3411
“İndi 3-5 adam özünü demokratik cümhuriyyətin varisi hesab edir. Ancaq demokratik cümhuriyyətin varisi bizik”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Komitə sədri bildirib ki, bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir:

“Bugünkü müstəqil Azərbaycan Prezidenti həm də demokratik cümhuriyyətin Prezidentidir. Həmin yolun davamçısıdır. Bu gün demokratik cümhuriyyətdən xəbəri olmayanlar indi özlərini varis hesab edirlər. Onlar kimdirsə özləri müəyyənləşdirsinlər. Onlar vətən xainləridir, dövlətin, millətin əleyhinə düşmənçilik siyasəti aparanlardır. Erməni lobbisi ilə birləşib Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlardır. Onlardan hansı demokratik cümhuriyyətin varisi ola bilər ki?”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Siyavuş-Novruzov   Deputat  





Xəbər lenti