Universitetlərə qəbulun elan olunmamasının səbəbi

 Universitetlərə qəbulun elan olunmamasının səbəbi
  01 İyun 2020    Oxunub:2172
“Hələlik ali məktəblərə və kolleclərə qəbul imtahanlarının vaxtı elan olunmayıb. Çünki bu ayın 5-nə qədər sənəd qəbulu davam edəcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu günə olan statistikaya görə 75 692 nəfər sənəd verib.

“Onlardan 12 853-ü əvvəlki illərin məzunlarıdır. Əvvəlki illərin məzunları ilə əlaqəli hələ ki cədvəl tutulmayıb. Sənəd qəbulu davam edir, ola bilsin ki, rəqəmlərdə müəyyən dəyişikliklər olsun”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti