Paşinyan və ailəsi koronavirusa yoluxdu

   Paşinyan və ailəsi koronavirusa yoluxdu
  01 İyun 2020    Oxunub:9805
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

N.Paşinyanla yanaşı, onun ailə üzvlərinin də koronavirusa yoluxduğu aşkar edilib: “Koronavirusla bağlı testi verdim və nəticə müsbət oldu. Bundan sonra ailə üzvlərim də koronavirusla bağlı testdən keçdilər və onlarda da infeksiya aşkarlandı. Simptomlar müşahidə edilmir, temperaturumuz normaldır. İndi hamımız özümüzü izolyasiya etmişik, evdən işləyəcəyəm. Bunun üçün hər cür şərait var”.

Paşinyan qeyd edib ki, çox güman ki, işgüzar müşavirə zamanı koronavirusa yoluxub: “Bütün təhlükəsizlik tədbirlərinə riayət etdiyim üçün ümid edirəm ki, digər dövlət işçiləri infeksiyaya yoluxmayıb. Hamımız tibbi maska geyinməli, sosial məsafəni saxlamalı və əllərimizi tez-tez yumalıyıq”.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti