Milli Məclis maska cəriməsinə görə toplanır

   Milli Məclis maska cəriməsinə görə toplanır
  01 İyun 2020    Oxunub:2431
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasda İnzibati Xətalar Məcəlləsində dəyişiklik ikinci oxunuşda müzakirə olunacaq.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena vəkarantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti