Türkiyədə koronavirusdan ölənlərin sayı 4540-a çatdı

 Türkiyədə koronavirusdan ölənlərin sayı 4540-a çatdı
  01 İyun 2020    Oxunub:4178
Türkiyədə son sutka ərzində 25 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 839 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4540, yoluxanlar isə 163 min 942 nəfərə çatıb.

Türkiyədə indiyədək 127 min 973 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus   COVID-19  





Xəbər lenti