FHN kanalda batan oğlanı axtarır

FHN kanalda batan oğlanı axtarır
  01 İyun 2020    Oxunub:4274
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şirvan su kanalının Göyçay rayonu, Aşağı Qaraməryəm kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, kanalda batan şəxs rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğludur.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti