Umayra Tağıyeva: “May ayı küləkli günlərlə zəngin olub”

  Umayra Tağıyeva:  “May ayı küləkli günlərlə zəngin olub”
  31 May 2020    Oxunub:4419
Bu ilin may ayı küləkli günlərlə zəngin olub. Ay ərzində güclü küləkli (15 m/s-dən artıq) günlərin sayı 16-ya çatıb. Bunlardan 25 m/s-dən çox olan günlərin sayı 4 gün olub, 2 gün ərzində küləyin sürəti 35 m/s, 1 gün ərzində isə 38 m/s-dək şiddətlənib.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

ETSN rəsmisi bildirib ki, ayın ən isti günü 32 dərəcə ilə mayın 23-ü, ən soyuq günü isə 14.3 dərəcə ilə mayın 10-u olub:

"Orta aylıq temperatur 20 dərəcəyə yaxın olub, bu da iqlim normasından 1.5 dərəcə yüksəkdir. Nisbətən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ay ərzində 9 dəfə baş verib. Yağıntılar qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında normanın 89-124, Kiçik Qafqazın dağətəyi bölgəsində 50-58, Mərkəzi Aran rayonlarında 24-71, Lənkəran-Astara zonasında 29-52, Qazax-Gəncə zonasında 45-50, Balakən-Şəki zonasında 45-97, Şabranda 113 faizini təşkil edib, Quba-Xaçmazda və Ağstafada isə normadan 1,5-3 dəfə çox olub".

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti