İspaniyada karantin rejimi sonuncu dəfə uzadılır

İspaniyada karantin rejimi sonuncu dəfə uzadılır
  31 May 2020    Oxunub:2961
İspaniya hakimiyyəti sonuncu dəfə ölkədə koronavirusa görə karantin rejimi uzatmaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Pedro Sançez muxtar icmaların rəhbərləri ilə məsləhətləşmələrdən sonra bildirib.

"Mən muxtar icmaların rəhbərlərinə məlumat verdim ki, rejimin son dəfə 15 gün uzadılmasına ehtiyac var”, - Baş Nazir deyib.

O, əlavə edib ki, karantin tədbirlərinin ləğvini nəzərdə tutan üçüncü mərhələdə prosesə nəzarət mərkəzi hakimiyyət tərəfindən muxtar icmaların rəhbərliyinə verilir: "Yalnız hərəkətin tənzimlənməsi İspaniya hökumətinin əlində qalacaq".

Hökumətin təkliflərinə deputatlar gələn həftənin 3-cü günü səs verəcəklər. Karantinin iyunun 21-dək uzadılacağı gözlənilir.

Qeyd edək ki, İspaniyada karantin rejimi martın 14-də tətbiq olunub və indiyədək beş dəfə uzadılıb. Sonuncu qərarın vaxtı iyunun 7-də bitir. Qanuna görə, hər dəfə kabinet onun müddətinin uzatmaq üçün deputatların razılığını almalıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti