“Koronavirusla bağlı heç bir sirr yoxdur” - Spiker

 “Koronavirusla bağlı heç bir sirr yoxdur” -    Spiker
  31 May 2020    Oxunub:3167
“Azərbaycanda koronavirusla bağlı heç bir sirr yoxdur”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spikerin sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hər gün insanlara məlumat verilir: “Həmçinin televiziya və mətbuatda da bununla bağlı məlumatlar yer alır”.

Qeyd edək ki, deputat Razi Nurullayev insanların koronavirusun olmasına inanmadığını deyib. O, hesab edir ki, koronavirus xəstələri barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti