“Danışanda yüz ölçüb, bir biçmək lazımdır” - Vitse-spiker

  31 May 2020    Oxunub : 2362
 “Danışanda yüz ölçüb, bir biçmək lazımdır” -    Vitse-spiker
“Şimaldan, cənubdan, şərqdən və qərbdən uzanan iti caynaqlar və məsut baxışlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, kifayət qədər düşmənlərimiz var: “Belə bir məqamda bizim özümüzdən başqa bir-birimizə söykənib, əl-ələ verib, bu çətin məqamlarda, ən çətin vəziyyətdən çıxamaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilərlər. Bizim kifayət qədər təcrübəli deputatlarımız da var. Müəyyən məsələlər var ki, o məsələlərdə çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Ona görə də hər bir sözümüzü ölçüb-biçməliyik. Millətimiz, dövlətimiz , sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb, bir biçmək lazımdır”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis