İrəvanda psixiatriya xəstəxanasında COVID-19 aşkarlandı

  31 May 2020    Oxunub : 2323
İrəvanda psixiatriya xəstəxanasında COVID-19 aşkarlandı
İrəvandakı psixiatriya xəstəxanasında səkkiz nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

"Psixi sağlamlıq üzrə milli mərkəzdə koronavirusa səkkiz yoluxma hadisəsi təsdiqlənib. Bir xəstə və 7 işçi”, - deyə nazirlik rəsmisi “Facebook”da yazıb.

O əlavə edib ki, xəstələrin olduğu şöbədə daha 54 nəfər və qurumun bütün işçiləri müayinədən keçirilib. Nəticələr daha sonra məlum olacaq.

Xatırladaq ki, Ermənistanda 9282 nəfərdə COVID-19 aşkar edilib, 131 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan