“Yalan danışmaq deputata yaraşmaz” - Nazirlikdən cavab

 “Yalan danışmaq deputata yaraşmaz” -    Nazirlikdən cavab
  31 May 2020    Oxunub:6663
Mayın 31-də Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib: "Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir".

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti