Olimpiya Komplekslərində məşqlərə icazə verildi

   Olimpiya Komplekslərində məşqlərə icazə verildi
  31 May 2020    Oxunub:4084
Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya İdman Komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, federasiyalar tərəfindən Gənclər və İdman Nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilib.

Qyed olunub ki, idmançıların regionlarda yerləşən Olimpiya İdman komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq.

Azvision.az


Teqlər: Nazirlik   İdman  





Xəbər lenti