Saatlı sakinindən 8 kq narkotik götürüldü

Saatlı sakinindən 8 kq narkotik götürüldü
  31 May 2020    Oxunub:2988
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Nəriman Məmmədov saxlanılıb.

N. Məmmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş, çəkisi 8 kiloqramdan artıq 131 ədəd çətənə kolu və 240 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.



Azvision.az


Teqlər: Saatlı   Narkotik   DİN  





Xəbər lenti