“Silah gücü düşmənlə danışılacaq yeganə dildir” - Müdafiə Nazirliyi

 “Silah gücü düşmənlə danışılacaq yeganə dildir” -    Müdafiə Nazirliyi
  31 May 2020    Oxunub:10004
Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək.
Bu barədə Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq.

"Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır!", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti