“Türkiyəyə gedənlərin hamısı professor deyil” - Naxçıvanla bağlı təklif

 “Türkiyəyə gedənlərin hamısı professor deyil” -  Naxçıvanla bağlı təklif
  31 May 2020    Oxunub:3409
“Naxçıvan Muxtar Respublikasının Azərbaycanla birbaşa quru yolu yoxdur”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Naxçıvanın Türkiyə ilə gediş-gəliş və iş məsələsi var: “Naxçıvandan Türkiyəyə gedənlərin hamısı professor deyil. Onların arasında mövsümi işə gedənlər də var. 3 ay ərzində onların gedib-qayıtması ancaq qazandıqlarının vizaya və biletə verilməsinə gətirib çıxarır. Naxçıvanla bağlı məsələ bu sazişdə nəzərə alınmalıdır".

Komitə sədri qeyd edib ki, pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb: “Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar və iri ticarət mərkəzləri açılır. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə almalıdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti